AZ

Mərkəzi Bankdan daha bir qərar

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Həyat sığortası və qeyri-həyat sığortası üzrə sığorta ehtiyatlarının formalaşdırılması Qaydası”nı təsdiq edib.

 

AMB sədri Taleh Kazımov bu barədə qərar imzalayıb.

 

Qeyd edilib ki, bu qayda sığorta ehtiyatlarını təmin edən aktivlərin diversifikasiya səviyyəsi, etibarlılığı, investisiyaya yönəldilməsi, rentabelliyi, likvidliyi, tərkibi və digər keyfiyyət meyarları nəzərə alınmaqla, sığorta ehtiyatlarının tərkibi, formalaşdırılması və sığorta ehtiyatlarında təkrarsığortaçıların payının hesablanması qaydalarını, həmçinin katastrofik risklərin meyarlarını tənzimləyir. İcbari sığorta növləri üzrə sığorta ehtiyatları “İcbari sığortalar haqqında” Qanunun tələbləri nəzərə alınmaqla bu qaydaya uyğun olaraq hesablanır.

Tarix: 5 Aprel 2024, 10:23   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
563
20
pravda.az

10Mənbələr