AZ

Yaponiya Rusiyaya qarşı yeni sanksiyalar elan etdi

Yaponiya Ticarət Nazirliyi Rusiyaya tədarükü qadağan ediləcək yeni kateqoriyalı sənaye mallarının siyahısını dərc edib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, sanksiyalara litium-ion akkumulyatorlar, qaz boruları, avtomobillər üçün motor yağları, termostatlar, nitroselüloz məhsulları və ağac emalı maşınları daxildir. Bütün bunların aprelin 17-dən etibarən Rusiyaya tədarükü qadağan ediləcək.

Bundan əlavə, Yaponiya mayın 10-dan Rusiya almazlarının idxalına qadağa qoyacaq; bu qərarı G7 ölkələri hələ dekabr ayında qəbul etmişdi.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Seçilən
183
12
Mənbələr
Şərh ()
Bağla