AZ

Rusiyada qubernator bıçaqlandı

Rusiyanın Murmansk vilayətinin qubernatoru Andrey Çibis Apatitı şəhərində keçirilən görüşdən sonra bıçaqlanıb. Region başçısı xəstəxanaya yerləşdirilib, hücum edən şəxs saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə TASS-a region rəhbərinin mətbuat xidmətindən bildirilib.

“Silahlı hücum olub, nəticədə o, qarnından bıçaqlanıb. Hücum edən şəxs saxlanılıb”, – agentliyə açıqlanıb.

Qeyd olunub ki, insident şəhər sakinləri ilə görüşdən sonra mədəniyyət mərkəzindən çıxarkən baş verib.

“İndi qubernator əməliyyat otağındadır”, – əlavə edilib. Diqqətə çatdırılıb ki, qubernator huşunu itirməyib.


Müəllif: Teleqraf.com
Seçilən
80
9
Mənbələr
Şərh ()
Bağla