AZ

Beynəlxalq mina təhlükəsi ilə mübarizə günündə erməni minalarının qurbanları xatırlandı

Azər Həsrət: “Mina hansısa dövlətin daxili problemi deyil, mina bəşəri problemdir”4 aprel Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günüdür. Həmin təqvim günü ilk dəfə 2005-ci ildə BMT Baş Assambleyasının 60/97 saylı qətnaməsi ilə müəyyən edilib və hər il qeyd olunur.Təəssüf ki, mina problemi Azərbaycandan da yan keçməyib. Belə ki, torpaqlarımızın 30 ilə yaxın işğalda saxlanılması zamanı vandallıq aktları törədilməsi ilə yanaşı, ərazilərimiz minalarla da çirkləndirilib. 2020-ci ildəki 44 günlük Vətən müharibəsindən sonra 350 günahsız insan mina qurbanı olub.Ermənistan silahlı qüvvələri torpaqlarımızı tərk edərkən əraziləri minalayıblar. Onların Azərbaycana təqdim etdiyi mina xəritələrinin bir qismində məlumatların dəqiqliyi cəmi 25 faiz təşkil edib, digər mina xəritələri isə ümumiyyətlə qeyri-dəqiq olub. Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərində 30 il ərzində 1 milyondan çox mina basdırıb.Işğaldan azad olunan ərazilərin minalardan təmizlənməsi işini əsasən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA)  icra edir.Ötən il isə azad edilmiş ərazilərdə 8 min 529 mina zərərsizləşdirilib. Onlardan 3 min 495-i piyada əleyhinə, 5 min 34-ü tank əleyhinə minadır. Bundan əlavə, 23 min 49 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Ümumilikdə 2023-cü ildə 53081,8 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.Müharibə bitsə də, Ermənistanın Azərbaycana qarşı mina müharibəsi hələ də davam edir. Təəssüf ki, dünya ölkələri bu hadisəyə reaksiya vermir, susqunluq nümayiş etdirir.“Beynəlxalq təşkilatlar, ayrı-ayrı ölkələrin parlamentləri, insan haqlarının müdafiəsi ilə məşğul olan qurumlar Azərbaycana qarşı qəddarcasına davam etdirilən mina terroruna biganə qalmamalıdırlar”Siyasi şərhçi Azər Həsrət “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Ermənistanla Azərbaycan arasında normal münasibətlərin qurulmasında maraqlı olduğunu iddia edən dövlətlər var. Həmin dövlətlər  bu məsələ ilə bağlı ölkəmizə yaxından kömək etməli idi. Ancaq bunun əksi müşahidə olunur: “Amerika, Fransa və digər dövlətlər bu məsələdə vasitəçi olduğunu göstərir, lakin problemin həlli ilə bağlı heç bir iş görmürlər. Hətta Ermənistanla yaxından dostluq edən ölkələr belə bu prosesə öz töhfəsini   verməkdən çəkinməməlidir. Ermənistanın ən yaxın dostu sayılan, lakin meydanda onu tək qoyan Fransa belə minatəmizlənmə prosesində aktiv olmalıdır. Çünki mina hansısa dövlətin daxili problemi deyil. Mina bəşəri problemdir. Danılmaz faktdır ki, dünyanın müxtəlif ölkələrində mina ilə çirkləndirilən ərazilər var. Həmin ərazilərin mina ilə çirkli qalması tək o ölkənin problemi deyil, bütün dünyanın dərdi olmalıdır”.A.Həsrət hesab edir ki, beynəlxalq təşkilatlar, ayrı-ayrı ölkələrin parlamentləri, insan haqlarının müdafiəsi ilə məşğul olan qurumlar Azərbaycana qarşı qəddarcasına davam etdirilən mina terroruna biganə qalmamalıdırlar. Onlar bu məsələ ilə bağlı Ermənistana çağırış və təzyiqlər etməlidirlər. Çünki müharibənin bitməsindən xeyli vaxt keçməsinə baxmayaraq, çoxlu sayda insan mina qurbanı olub. Minaların qurbanları isə daha çox dinc sakinlərdir. Bu bir daha sübut edir ki, döyüş meydanında məğlub olan Ermənistan dinc sakinlərə qarşı müharibəni davam etdirir. Ona görə də beynəlxalq birlik bu məsələdə Ermənistana ciddi təpkilər göstərməlidir.Günel CƏLİLOVA

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
188
44
baki-xeber.com

10Mənbələr