AZ

Ermənistan sərhədimizdə dayaq məntəqələri qurur

Ermənistan Azərbaycanla şərti sərhəddə hücum xarakterli dayaq məntəqələri qurur.

Teleqraf.com xəbər verir ki, bunu əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.

Məlumata görə, görüntülərdə ermənilərin Naxçıvanla sərhəddə, eləcə də, Azərbaycanın Ermənistanla şərti sərhəd ərazilərində hücum xarakterli dayaq məntəqələrini qurması, müxtəlif istiqamətlərdə uzunmüddətli atəş nöqtələrini yaratması, fortifikasiya qurğularını inşa etməsi əskini tapıb.

Qeyd edək ki, son günlər Qərbin vədlərindən ürəklənən Ermənistan sərhəddə təxribat xarakterli fəallığını artırıb və sərhəddə qoşunlarını cəmləşdirməyə başlayıb.


Müəllif: Teleqraf.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
177
3
teleqraf.com

10Mənbələr