AZ

Qvardiola “Aston Villa” üzərində qələbədən danışdı

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Premyer Liqanın 31-ci turunda “Aston Villa” üzərində ev qələbəsini (4:1) şərh edib.

Arena.az BBC-yə istinadən məlumat verir ki, ispaniyalı mütəxəssis norveçli qolçu hücumçu Erlinq Haland və belçikalı yarımmüdafiəçi Kevin De Bröynenin bu oyunda yoxluğundan danışmaqla yanaşı, “Arsenal” və “Liverpul”la çempionluq yarışı ilə bağlı fikirlərini açıqlayıb:

“Çox yaxşı oyun göstərdik. Bu gün biz daha yaxşı idik, baxmayaraq ki, bir ay əvvəl “Villa Park”da onlar daha güclü idilər. “Siti” yaxşı oynadı, çox şey yaratdı, amma daha çox qol vurmaq fürsətini əldən verdi.

Haland və De Bröyne üçün istirahətdirmi? Onlar oynaya bilərdilər, amma biz onlara istirahət verdik. Hər oyunda bizə təzə oyunçular gərəkdir. Cəmi üç gün əvvəl “Arsenal”la oyunumuz olub. Təqvim bunu tələb etdiyi üçün bizə bir az rotasiya lazım idi.

“Onların (“Arsenal” və “Liverpul”un – redaktorun qeydi) bizdən daha çox xalları var, buna görə də favoritdirlər, amma Çempionlar Liqasına vəsiqə qazanmaq bizim üçün vacibdir. Biz buna yaxınıq, bu yarışda iştirak bir çox səbəblərə görə vacibdir. “Villa” üzərində qələbə Çempionlar Liqasına doğru böyük addımdır”, deyə Qvardiola vurğulayıb.

30 oyundan 67 xal toplamış “Mançester Siti” Premyer Liqanın yarış cədvəlində 3-cü pillədə qərarlaşıb. “Aston Villa” isə 31 oyundan 59 xalla 4-cü pillədədir. “Arsenal” 30 oyundan 68 xalla Premyer Liqanın nominal lideridir. Premyer Liqanın potensial lideri isə 29 oyundan 67 xal toplamış “Liverpul”dur.

Seçilən
122
7
Mənbələr
Şərh ()
Bağla