AZ

Dövlət fondu böyük tender elan edir - DETALLAR

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu açıq tender elan edir.

FED.az xəbər verir ki, elanda  Cəbrayıl rayonunun Şükürbəyli 1042 ailəlik (birinci mərhələdə - 635 ailəlik) kənd yaşayış məntəqəsində sahədaxili rabitə, internet, televiziya və videomüşahidə şəbəkəsinin tikintisi nəzərdə tutulub.

Müsabiqədə iştirak haqqı 600 manat təşkil edir.

Satınalan təşkilatın VÖEN-i: 1400305341

Satınalan təşkilatın ünvanı: Azərbaycan Respublikası, Bakı şəhəri, Tbilisi prospekti, 57D

Ehtimal olunan qiymət: 1 545 250 AZN

Müsabiqənin dərc edilmə tarixi və vaxtı: 04.04.2024 17:12

Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 07.05.2024 14:00

Zərflərin açılış tarixi və vaxtı: 07.05.2024 14:00

Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Aygün Hüseynova, Satınalmalar üzrə menecerin müavini

Email : [email protected]

Əlaqə telefonu : +994 12 4318703

Seçilən
42
4
Mənbələr
Şərh ()
Bağla