- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Sandro Tonaliyə növbəti ittiham irəli sürülüb. İngiltərə Futbol Assosiasiyası “Nyukasl”ın yarımmüdafiəçisini mərc oyunlarında daha 50 qayda pozuntusuna yol verməkdə ittiham edib.
Assosiasiyanın bu barədə yaydığı bəyanatda belə deyilir: “Sandro Tonali mərc oyun qaydalarının pozulması ilə bağlı qanunsuzluqda ittiham olunub.
“Nyukasl”ın yarımmüdafiəçisinin 12 avqust 2023-cü il və 12 oktyabr 2023-cü il tarixləri arasında futbol matçlarına mərc edərkən 50 dəfə qaydaları pozduğu iddia edilir. Sandro Tonali sorğuya 2024-cü il aprelin 5-dək cavab verməlidi”.
Xatırladaq ki, italyan futbolçu ötən ilin oktyabrında “Milan”da çıxış edərkən qanunsuz mərc oyunları oynadığına görə 10 aylıq diskvalifikasiya edilmişdi. O, bu səbəbdən İngiltərə premyer-liqasında mövsümünün qalan hissəsini, həmçinin AÇ-2024-ü buraxacaq.