AZ

Moskvada ŞOK HADİSƏ: Təqaüdçü “Kalaşnikov”la prezident administrasiyasına girməyə cəhd etdi

Moskvada təqaüdçü oyuncaq silahla Rusiyanın prezident administrasiyasına girməyə cəhd edib.

Yenicag.az “BAZA” “Telegram” kanalına istinadla xəbər verir ki, aprelin 3-də səhər saatlarında Federal Təhlükəsizlik Xidməti əməkdaşları iqamətgahın yaxınlığında əlində avtomata bənzər əşya olan şübhəli şəxsi görüblər.

Kanal yazır ki, həmin şəxs saxlanılıb. Məlum olub ki, o, Ukraynada anadan olan 69 yaşlı Viktor Krasivskidir. Təqaüdçünün qara rəngli “Kalaşnikov” avtomatı isə uşaq oyuncağı olub.
Krasivski polisə bildirib ki, o, 15 ildir ki, prezidentlə görüşməyə çalışsa da, ona həmişə rədd cavabı verilib. Bu dəfə də təcili məsələlərin müzakirəsi üçün şəxsi qəbulda iştirak etmək qərarına gəlib. Şəxs polis bölməsindən psixiatriya xəstəxanasına köçürülüb.

Rafi Müslümov

Seçilən
121
50
Mənbələr
Şərh ()
Bağla