AZ

Səhiyyə Nazirliyində BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi ilə görüş keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Səhiyyə Nazirliyində Birləşmiş Millətlər Təşkilatınınİnkişaf Proqramının (BMTİP) rezident nümayəndəsi AlessandraRokkasalva ilə görüş keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, qonaqları salamlayansəhiyyə naziri Teymur Musayev Azərbaycanın BMT-nin müxtəlifixtisaslaşmış qurumları ilə səmərəli əməkdaşlıq etdiyinivurğulayıb. Onun sözlərinə görə, “2021-2025-ci illər üçün BMT vəAzərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair ÇərçivəSənədi” ikitərəfli əməkdaşlığın strateji istiqamətlərini müəyyənedir.
Nazir, həmçinin Azərbaycan ilə BMT-nin İnkişaf Proqramı arasındabir sıra sahələrdə, o cümlədən səhiyyə sferasında da səmərəliəməkdaşlığın olduğunu diqqətə çatdırıb: “Azərbaycanda universaltibbi təminatın təşkili və milli səhiyyə sisteminin pandemiya vəkəskin xəstəliklərə qarşı dayanıqlığının artırılmasıəməkdaşlığımızın əsas istiqamətlərindən biridir”.

Teymur Musayev çıxışında mart ayında Azərbaycanın paytaxtında XIQlobal Bakı Forumunun keçirildiyini xatırladıb: “Bakı Forumuçərçivəsində Azərbaycan Prezidenti BMT-nin İnkişaf Proqramınınadministratoru Axim Ştayneri qəbul edib. Görüş zamanı dövlətbaşçısı Akim Ştayneri bu ilin noyabrında Bakıda keçiriləcək BMT-ninİqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının TərəflərKonfransının 29-cu sessiyasına (COP29) dəvət edib. Dövlət başçısıAzərbaycanın qazıntı yanacağı ixrac edən ölkə olmasına baxmayaraq,yaşıl keçidin prioritet istiqamət kimi müəyyən edildiyinibildirib”.
Sonda Azərbaycanın səhiyyə naziri ikitərəfli münasibətlərin gələcəkdinamik inkişafına ümid etdiyini ifadə edib.

Səmimi qəbula və yüksək qonaqpərvərliyə görə minnətdarlığınıbildirən BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi son illərAzərbaycanda səhiyyə sisteminin gücləndirilməsi məqsədiləislahatların aparılması istiqamətində mühüm işlərin görüldüyünüqeyd edib.

Alessandra Rokkasalva Dayanıqlı İnkişaf Məqsədlərininreallaşmasında dayanıqlı inkişaf üzrə milli prioritetlərinə uyğunolaraq yaşıl artım və rəqəmsal transformasiyanın həyata keçirilməsiistiqamətində Azərbaycanla BMT-nin İnkişaf Proqramının sıxəməkdaşlığa hazır olduğunu bildirib.
Görüşdə, həmçinin 44 gün davam edən Vətən müharibəsində işğaldanazad olunmuş ərazilərdə aparılan quruculuq işlərində əməkdaşlıqperspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlərətrafında fikir mübadiləsi aparılıb.

Səhiyyə
Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
216
33
az.trend.az

10Mənbələr