AZ

Rusiya Belarusda terror aktları törətməklə bu ölkəni müharibəyə cəlb etmək istəyir

"Belarusun savaşa cəlb edilməsi nəticəsində Avropa birbaşa öz sərhədləri yaxınlığında potensial hərbi əməliyyatları görəcək..."
 
"Bütün bunlar Kremlə xüsusi hərbi əməliyyatın Rusiyanın təhlükəsizliyi və onun mövcudluğu naminə müharibə olduğun elan etməyə imkan verəcək..."
 
Rusiya xüsusi xidmət orqanları Belarus ərazisində "özgə bayraqlar altında" terror aktı hazırlayır.
 
Moderator.az xəbər verir ki, bu barədə "Robert Lansing İnstitute" analitik mərkəzinin ekspertləri Britaniya kəşfiyyatının məlumatlarına istinadən xəbərdarlıq edib. Məlumatı "24tv.ua" nəşri yazıb.
 
"Davam edən müharibə Rusiyanı hərtərəfli zəiflədir. Sanksiyalar və beynəlxalq təcrid ölkənin fəlakətli texnoloji geriliyini daha da pisləşdirir.
 
Bu arada isı "Crocus City Hall"da bu yaxınlarda baş vermiş terror aktı Kremlin ABŞ kəşfiyyatından alınan xəbərdarlığa rəğmən, daxili təhlükəzisliyi təmin etmək qabiliyyətinin olmadığını sübut edib", - məlumatda deyilir.
 
Lakin Kreml Moskva ətrafında konsert salonuna hücumun yaratdığı ictimai rezonansdan istifadə edərək Ukraynanı terrorçuluqda ittiham etmək məqsədilı daha bir bəhanə yaradaraq müharibınin aparılması üçün əlavə güc əldə etmək, bununla da Belarusu hərbi əməliyyatlara cəlb olunmasına vadar etmək niuyətindədir.
 
Analitiklər qeyd edir ki, Kreml rəhbəri Vladimir Putin çoxdandır ki, Belarusu öz müharibəsinə cəlb etməyə can atır.
 
Bu, Ukrayna-Belarus cəbhəsi boyunca lokal döyüş əməliyyatları ocaqları yararacaq, bu da Kiyevi özünün ehtiyat qüvvələrinin bir hissəsini döyüş əməliyyatları zonasından qərb cəbhəsinə yönəltməyə vadar edəcək.
 
Daha sonra Rusiya öz qoşunlarını Xarkov və ya Sumı istiqamətlərinə cəlb edəcək. Bu ssenari Xarkov və Kiyevə hazırlanan hücum haqqında xəbərdarlıqları təsdiq edir, məqalədə deylir.
 
Ekspertlər yazır ki, Belarus ordusunun hərbi gücünün çox olmasına rəğmən, Putin Belarusu fəal döyüş əməliyyatlarına cəlb etməklə bir neçə strateji məqsədlərinə nail olacaq.
 
Aleksandr Lukaşenkonun müharibəyə Rusiyanın tərəfində cəlb olunmasına daimi müqavimətini qıraraq, Putin Belarusu özünün tam nəzarətinə götürəcək.
 
Bundan başqa, Belarusun müharibədə iştirakı Avropa İttifaqı və NATO-nun şərq cinahında gərginliyi artıracaq. Avropa birbaşa öz sərhədləri yaxınlığında potensial hərbi əməliyyatları görəcək. 
 
Belə ssenari Qərbə Ukraynaya dəstəyi məhdudlaşdırmaq və ya Kiyevı Moskva ilə danışıqlara getməyə vadar etmək üçün güclü alətdir.
 
Bundan başqa, Belarusun müharibəyə cəlb edilməsi Putinə "xüsusi hərbi əməliyyatın" Rusiyanın təhlükəsizliyi və onun mövcudluğu naminə müharibə olmasını elan etməyə imkan verəcək.
 
Bu da Kreml diktatoruna öz əhalisi üzərində nəzarəti daha da sərtləşdirməyə, yeni səfərbərlik dalğasını işə salmağa və Ukraynada törədilən istənilən vəhşiliyə haqq qazandırmağa imkan verəcək.
Seçilən
187
50
Mənbələr
Şərh ()
Bağla