AZ

Direktor büdcədən 26 min mənimsəyibmiş

Cəlilabad rayon Ocaqlı kənd 2 nömrəli tam orta məktəbin direktoru Azər Əsgərov mənimsəmədə təqsirləndirilir.

HİT.az rayon prokurorluğuna istinadən xəbər verir ki, A.Əsgərovun qanunsuz hərəkətləri ilə bağlı Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanaraq aidiyyəti üzrə Cəlilabad Rayon Prokurorluğuna göndərilmiş cinayət işinin istintaqı tamamlanıb.

Toplanmış sübutlarla Azər Əsgərovun direktor səlahiyyətlərini icra etdiyi dövrdə işə gəlməyən işçilərə və tədris olunmayan dərs saatlarına görə əmək haqqı ödənilməsi  və digər qanunsuz yollarla ümumilikdə 26 min manatdan çox dövlət əmlakı olan büdcə vəsaitini mənimsəmə və ya israf etmə yolu ilə talamasına  əsaslı şübhələr müəyyən edilib.

Azər Əsgərova Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4 (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə),  308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə  ittiham elan edilərək cinayət işi baxılması üçün Cəlilabad rayon məhkəməsinə göndərilib.

Seçilən
153
12
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
3536
“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
3480
Bu yol qovşağında təmir işləri aparılacaq
2941
Bakıda hoteldə yanğın başlayıb
2562
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
1573
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
1515
Bakıda “Ağ çiçəyim” gül mağazası yanır - VİDEO
1480
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
1345
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
1165
Çingiz Mustafayevin toyudur - FOTOLAR
1152
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
1079
Azərbaycanla Ermənistan arasında protokol imzalandı
986
DİQQƏT: Bakıda güclü yanğına görə “28 May” stansiyası istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - FOTO
985
"Ağ çiçəyim” mağazasındakı yanğının yayılmasının qarşısı alınıb
864
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
857
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
837
Yanğın səbəbindən bu istiqamətdə hərəkətə məhdudiyyət qoyuldu
826
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
808
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
789
Sabah 5 kəndin qazı kəsiləcək
749