AZ

Goranboyda şagirdlər arasında dava düşüb

Goranboy rayonunda məktəblilər arasında insident olub. Bu barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi məlumat yayıb.


Bildirilir ki, hadisə bu gün Goranboy rayon Dəliməmmədli şəhər M.Zeynalov adına tam orta məktəbdə baş verib. Məktəbin şagirdləri arasında insident (şagirdlərin bir-birinə xəsarət yetirməsi) yaranıb. Hazırda idarənin və rayon təhsil sektorunun əməkdaşları da təhsil müəssisəsindədirlər.

Bununla yanaşı, hüquq-mühafizə orqanlarına, Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinə, digər aidiyyəti qurumlara məlumat verilib. Hadisə ilə bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.

www.anews.az
Seçilən
121
30
Mənbələr
Şərh ()
Bağla