AZ

“Xəbərim yoxdur” – “Crocus” terroruna görə saxlanılan tacikin VƏKİLİ

““Crocus City Hall” konsert zalında törədilmiş terror aktı ilə bağlı təqsirləndirilən şəxs İsrail İslamovun həmin hücumun hazırlanmasından xəbəri olmayıb”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə onun vəkili Zalina Yesenova məlumat verib.

Vəkilin sözlərinə görə, İsrail İslomov təqsirini boynuna almır: “O, iddia edir ki, terror aktını törədən dörd nəfərin bu aksiyanı hazırlamasından xəbərdar olmayıb”.

62 yaşlı İsrail İslamovun və iki oğlunun (Aminçon və Dilovar) adı terror işində hallandırılır. İstintaq Komitəsi hesab edir ki, hər üç şəxs hücum edənlərə kömək edib, onlara yaşamaq üçün maşın və mənzil veriblər/.

Moskvanın Basmannı məhkəməsi martın 25-də İslomov və oğulları barədə həbs-qətiimkan tədbiri seçib. Onlar ən azı 22 may tarixinədək həbsdə qalacaqlar.

Xatirə SADİQ,

KONKRET.az

Seçilən
60
14
Mənbələr
Şərh ()
Bağla