AZ

"Rusiya Ukraynaya bir ayda 400-dən çox raket atıb" - Zelenski 

Rusiya ordusu martda Ukraynaya 400-dən çox müxtəlif növ raket, 600-dən çox “Şahed” tipli pilotsuz uçuş aparatı (PUA) və 3 mindən çox idarə olunan bomba atıb. 


Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, bu haqda məlumatı Ukrayna Prezidenti Volodimir Zelenski açıqlayıb. 


Zelenski sosial media hesabından verdiyi açıqlamada qeyd edib ki, bu hücumlar nəticəsində Ukraynanın çoxlu şəhər və kəndi ciddi zərər görüb. 


Müharibənin ilk günlərindən Xarkov şəhərinə raket və PUA-larla hücumlar edildiyini deyən Zelenski indi vəziyətin fərqli olduğunu bildirib:

 

“İndi rus terrorçuları Xarkova qarşı hücumlarda hava bombalarından istifadə edirlər. Bu, gündəlik ağrı, gündəlik itki deməkdir. Şəhərdə həyat, əsas infrastruktur məhv edilir. Adi evlərə hər gün ziyan dəyir”. 


Dövlət başçısı əlavə edib ki, etibarlı hava hücumundan müdafiə sistemləri Ukraynaya verilərsə, insanların həyatını xilas etmək və şəhərlərin təhlükəsizliyini təmin etmək mümkün olacaq. 


Vasif



 

Seçilən
149
50
Mənbələr
Şərh ()
Bağla