AZ

“Turan Tovuz” – “Sabah” oyunun biletləri satışa çıxarılıb

Premyer Liqanın 29-cu turu çərçivəsində keçiriləcək “Turan Tovuz” – “Sabah” oyununun biletləri satışa çıxarılıb.

İdmanxeber.az Tovuz klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, biletləri bu gündən etibarən Tovuz şəhər stadionunun kassasından və şəhərin mərkəzində yerləşən satış məntəqəsindən əldə etmək olar.

Qeyd edək ki, 2 AZN-lik biletlərlə yanaşı məhdud sayda olan 5 AZN-lik VİP biletlər də satışdadır.

Oyun 6 aprel tarixində, saat 16:00-da Tovuz şəhər stadionunda baş tutacaq.

Oyundan sonra klubun rəsmi tərəfdaşı olan “İnci Group of Companies” tərəfindən lotereya təşkil olunacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
136
6
Mənbələr
Şərh ()
Bağla