AZ

Rus hərbi bazasının Ermənistandan çıxarılması milli maraqlarımıza uyğundurmu?

Rus hərbi bazasının Ermənistandan çıxarılması məsələsi son günlər İrəvandakı müzakirələrdə yenidən aktuallıq kəsb edib.

 

Maraqlıdır, Ermənistandakı rus bazasının bu ölkədən çıxarılması Azərbaycanın maraqlarına uyğundurmu?

 

Moderator.az-a açıqlama verən politoloq Zərdüşt Əlizadə bu addımın uzaq perspektivdə ölkəmiz üçün də faydalı olduğunu bildirməklə yanaşı, ümumilikdə rus bazasının Ermənistanda qalıb-qalmamasının Azərbaycan üçün ciddi önəm kəsb etmədiyini vurğulayıb:

 

“Hesab edirəm ki, Ermənistandakı rus bazasının bu ölkədən çıxarılması uzaq perspektivdə Azərbaycanın da marağına cavab verir. Ümumilikdə isə rus bazasının Ermənistanda qalıb-qalmaması bizim üçün ciddi maraq kəsb etmir. Bunun Azərbaycan üçün hər hansı isti-soyuğu yoxdur.

 

Azərbaycan öz ərazi bütövlüyünü təmin edib, Rusiya ilə yaxşı münasibətlərə malikdir. Rusiya ilə qarşıdurma Azərbaycanın milli maraqlarına cavab vermir və bizim belə bir niyyətimiz də yoxdur. Azərbaycan öz maraqlarını uğurla müdafiə edir və proseslərin gedişatı onun maraqlarına uyğundur. Buna görə də Ermənistandakı rus bazasının bu ölkədən çıxarılıb-çıxarılmamasının bizim üçün heç bir önəmi yoxdur”.

 

Seymur ƏLİYEV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
162
36

1Mənbələr

Şərh ()
Bağla