AZ

AMEA-nı "lülə kababxana"sına çeviriblər: Günah kimdədir, Yasamal RİH yoxsa ETSN ? - VİDEO

AMEA-nı "lülə kababxana"sına çeviriblər: Günah kimdədir, Yasamal RİH yoxsa ETSN ? - VİDEO

Sosial şəbəkələrdə Amea-nın parkında səyyar kababxananın fəaliyyət göstərdiyi və çıxan tüstünün ətrafa yayılaraq insanları narahat etməsi ilə bağlı məlumatlar paylaşılır. Sonxeber.az xəbər verir ki, "Apa TV"nin əməkdaşları sözügedən kababxanada olublar. Bəs bu kababxana parkın ərazisində niyə fəaliyyət göstərir ?

Vətəndaşlar keçirilən sorğu zamanı bildirib ki, ətrafa yayılan tüstü hər kəsi narahat edir. Hətta bəzi sakinlər bununla əlaqədar cərimənin tətbiq edilməsini tələb edirlər.

"Uşaqlar, şagirdlər və müəllim-professorlar bizdən kabab alırlar. Daimi olaraq müştərimiz çoxdur. Əsas diqqət edirlər ki, biz əlcək ilə işləyirik. Kababın bişirilmə prosesi hamının gözü qabağında olur. Biz ekoloji baxımından təmiz iş görürük. Motorla işləyirik. Heç bir problem yoxdur".

Mövzu ilə bağlı Yasamal rayonu İcra Hakimiyyəti ilə əlaqə saxlanılıb. "Bir dəqiqə gözləyin və cavab veriləcək" cavabı ilə bir günlük intizar yaratdılar. Sonra isə icra hakimiyyətinin nümayəndəsi Samir Məmmədov qabardılan problemin onların səlahiyyəti xarici olduğunu deyib.

Ətraflı "Apa TV"nin süjetində:

Seçilən
178
50
Mənbələr
Şərh ()
Bağla