AZ

Türkiyənin Van şəhərində nümayiş və yürüşlər qadağan edildi

Türkiyənin Van şəhərində nümayiş və yürüşlər 15 gün müddətinə qadağan edilib.

Musavat.com xəbər verir ki, qadağa Van valiliyi tərəfindən qoyulub.

Valilikdən verilən açıqlamaya görə, aprelin 3-dən aprelin 17-dək nümayiş yürüşləri, açıq hava toplantıları və qapalı toplantılar 15 gün müddətində keçirilməyəcək.

Valilik tərəfindən məqsədəuyğun hesab edilənlər istisna olmaqla mətbuat üçün açıqlamalar, oturaq aksiyalar, anketlər, çadır və tribunaların qurulması, imza kampaniyalarının təşkili, bukletlərin paylanması və hər cür etiraz aksiyası kimi fəaliyyətlər də qadağan edilib.

Açıqlamada qeyri-qanuni hərəkət və fəaliyyətlərdə iştirak edə biləcək şəxslər və qrupların əyalət və rayonlara giriş və çıxışına icazə verilməyəcəyinə dair məlumatlar da yer alıb. 

 

Musavat.com

Seçilən
174
1
Mənbələr
Şərh ()
Bağla