AZ

NATO Ukraynaya 100 milyard dollar dəyərində yardım edəcək..?

NATO Ukraynaya 100 milyard dollar dəyərində beşillik yardım planı üzərində işləyir.

SİA xəbər verir ki, bu barədə “Financial Times” qəzeti mənbələrinə istinadla məlumat yayıb.

Məlumata görə, bu, Qərbdə mümkün siyasi dəyişikliklərdən, xüsusən də Donald Trampın ABŞ seçkilərində qalib gələcəyi təqdirdə tətbiq olunacaq.

Bildirilib ki, “Ukrayna üçün missiya” adlandırılan təklifi NATO-nun Baş katibi Yens Stoltenberq irəli sürüb. Nəşr təklifin bu həftənin sonunda NATO-ya üzv ölkələrin xarici işlər nazirləri tərəfindən Brüsseldə keçiriləcək görüşdə müzakirə ediləcəyini vurğulayır.

Stoltenberq bu ilin iyulunda Vaşinqtonda keçiriləcək NATO sammitinə qədər razılığa gəlməyi planlaşdırır. Bununla belə, qeyd edilib ki, planın qəbulu üçün alyansın bütün üzvlərinin razılığı lazımdır və danışıqlar aylar çəkə bilər.

Seçilən
169
11
Mənbələr
Şərh ()
Bağla