AZ

Gəncədə dönərxana yandı

Gəncə şəhərində yerləşən dönərxanalardan birində yanğın baş verib.

Publika.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, hadisə şəhərin Şeyx Bahəddin küçəsində qeydə alınıb.

İlkin məlumata görə, ümumi sahəsi 16 kvadratmetr olan obyektin 4 kvadratmetri yanıb.

Hadisə yerinə iki yanğınsöndürən avtomobil cəlb olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
143
6
publika.az

10Mənbələr