AZ

Ağ Ev elan etdi: Baydenin Çin lideri Si Cinpin ilə kritik görüşü

Ağ Ev ABŞ prezidenti Co Baydenin Çin lideri Si Cinpinlə görüşdüyünü bildirib. Bəyanatda Baydenin “Tayvan boğazında sülh və sabitliyin, Cənubi Çin dənizində qanunun aliliyi və naviqasiya azadlığının qorunmasının vacibliyini vurğuladığı” bildirilib.
Elchi.az xəbər verir ki, Ağ Ev ABŞ prezidenti Co Bayden və Çin sədri Si Cinpin arasında telefon danışığı apardığını açıqlayıb.
Ağ Evdən edilən yazılı açıqlamada sözügedən görüşün iki liderin 2023-cü ilin noyabrında Kaliforniyada keçirilən görüşündən sonra keçirildiyi xatırladılıb.
Açıqlamada prezident Baydenin Çinin Rusiyanın müdafiə sənayesinə verdiyi dəstək və bunun Avropa və transatlantik təhlükəsizliyə təsiri ilə bağlı narahatlığını dilə gətirdiyi bildirilib: “Prezident Bayden ABŞ-ın Koreya yarımadasını tamamilə nüvəsizləşdirmək əzmində olduğunu vurğulayıb.”
Açıqlamada, prezident Baydenin də Çinin ədalətsiz ticarət siyasətləri və Amerikalı işçilərə və ailələrə zərər verən qeyri-bazar iqtisadi tətbiqləri ilə bağlı narahatlığını ifadə etdiyi bildirilib.
Bəyanatda deyilir ki, liderlər iki ölkə arasında kommunikasiya kanallarının saxlanması və münasibətlərin məsuliyyətlə idarə olunması üçün davamlı səyləri alqışlayırlar.Nuranə Məmmədova 

Seçilən
248
2
Mənbələr
Şərh ()
Bağla