AZ

Qəzzada fələstinli qaçqınlara kömək edən BMT-nin 176 əməkdaşı öldürülüb

2023-cü ilin oktyabrında münaqişənin qızışmağa başlamasından bəri Qəzza zolağında BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) ən azı 176 əməkdaşı öldürülüb.

Redaktor.az xəbər verir ki, bu barədə agentliyin "X" (keçmiş tviter) səhifəsində yerləşdirilən məlumatda deyilir.

"Qəzza müharibəsi başlayandan bəri 6 ayda UNRWA-nın 176 əməkdaşı öldürülüb, onlardan bəziləri vəzifə borcunu yerinə yetirirdi" - agentlk bildirib.

Qeyd olunub ki, Qəzza zolağında digər münaqişələrdən daha çox yardım işçisi həlak olub.

xatırladaq ki, martın 24-də UNRWA-nın baş komissarı Filip Lazzarini bildirib ki, İsrail hakimiyyəti BMT-yə agentliyin humanitar yardım karvanlarının Fələstin anklavının şimal hissəsinə daha buraxılmayacağı barədə xəbərdarlıq edib. Martın 13-də UNRWA bəyan edib ki, Qəzzada münaqişənin şiddətlənməsindən bəri onun ən azı 165 işçisi həlak olub, 150-dən çox obyektinə maddi ziyan dəyib, bəziləri tamamilə dağıdılıb.

Turan İSMAYIL

Seçilən
120
3
Mənbələr
Şərh ()
Bağla