AZ

Məşhur türkiyəli aktrisa ilk dəfə sevgilisi ilə bağlı paylaşım etdi - FOTO

Tarix: 2 Aprel 2024 15:16

Məşhur türkiyəli aktrisa Ceyda Düvenci ilk dəfə sevgilisi ilə birgə olduğunu göstərən fotonu paylaşıb.
Milli.Az axşam.az-a istinadən bildirir ki, həmkarı Bülent Şakrakla boşandıqdan sonra sevgidən küsmədiyini deyən aktrisa yeni sevgilisi ilə birlikdə olduğu fotonu dərc edib.
Fotoda Ceyda Düvencinin radioaparıcı Güçlü Mete ilə birlikdə 31 martda Türkiyədə keçirilən bələdiyyə seçkilərini izlədiyi görüntü əks olunub.
Qeyd edək ki, Ceyda Düvenci daha əvvəl şəxsi həyatı ilə bağlı verdiyi açıqlamada sevgiyə dair fikirlərini bildirib.
"Böyük danışmaq istəmirəm, bir daha evlənəcəyimi düşünmürəm, amma təbii ki, sevgi hələ də mümkündür... 46 yaşım var, təbii ki, yenidən aşiq olacağam. Mən həyatın içində hər yerdə sevgini tapa bilən qadınam", - deyə o vurğulayıb.
Milli.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
10
sonxeber.net

10Mənbələr