AZ

FHN-inatletika komandasından yüksək nəticə

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə Respublika Olimpiya Mərkəzində dövlət qurumlarının əməkdaşları arasında atletika üzrə yarış keçirilib. 4 növdə (60 m, 800 m, 4x200 m məsafəyə estafet qaçısı və uzunluğa tullanma) keçirilən yarışlarda dövlət qurumlarından olan iştirakçılar şəxsi birincilik üzrə öz güclərini sınayıblar.

Teleqraf.com xəbər verir ki, turnirdə 4 nəfərlə iştirak edən Fövqəladə Hallar Nazirliyinin kişilərdən ibarət komandası Nazirliyin İdman-sağlamlıq klubunun əməkdaşı Rəşad Kəsəmənlinin rəhbərliyi altında əzmkar mübarizə apararaq yüksək nəticələr əldə ediblər. Belə ki, uzunluğa tullanma yarışında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı Yevgeniy Kasilov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bundan əlavə, Yevgeniy Kasilov 60 metr məsafəyə qaçış yarışında gümüş medalın sahib olub. Komandanın digər üzvləri - Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Cəlal Süleymanov və FHN-in Akademiyasının əməkdaşı Əli Hacıyev 800 metrə məsafəyə qaçışda müvafiq olaraq 2-ci və 3-cü yerlərə layiq görülüblər.

Qaliblər Gənclər və İdman Nazirliyinin təsis etdiyi diplom, medal və hədiyyələrlə təltif olunublar.

Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev yarışlarda uğur əldə etmiş əməkdaşlarla görüşərək onları təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıb.


Müəllif: Teleqraf.com
Seçilən
81
13
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
21753
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19445
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18319
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17785
Çingiz Mustafayevin toyudur - FOTOLAR
17222
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
17095
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16215
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15629
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
12158
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11304
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
9741
"Zaur, yenə çaşdın..." - VİDEO
8896
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8667
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
8072
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7651
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7262
Minimum əmək haqqı nə qədər arta bilər?
7122
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6468
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5819