AZ

Gürcüstandan Türkiyəyə sayğısızlıq, Ermənistana reverans

Qabil Hüseynli: “Bakı və Ankara Tiflisə öz sərt xəbərdarlığını bildirməlidir, çünki... ”

Bu günlərdə Gürcüstan parlamentinin bir qrup üzvü İrəvanda səfərdə olub. Deputatlar saxta “erməni genosidi” abidəsini ziyarət edib, ora gül-çiçək qoyublar.

Bu fakt Gürcüstanla bağlı bəzi haqlı suallar doğurur. Əvvəla, o, uydurma soyqırımı iddiasını tanımayan ölkələr sırasındadır. O zaman qardaş dövlətə qarşı belə demarşın adı nə?

İkincisi, Türkiyə və Azərbaycan Gürcüstana strateji tərəfdaş ölkələr sayılır və Bakı və Ankara onun iki ən böyük xarici sərmayədarıdır. Türkiyə həmçinin illərdir NATO üzvü kimi Gürcüstan ordusunun modernləşdirilməsinə kömək edir. Nəhayət, Azərbaycan-Türkiyə-Gürcüstan üçlü formatında aktiv hərbi, diplomatik əməkdaşlıq mövcuddur.

O halda Ankaraya qarşı sayğısızlıqda, Ermənistana isə reverans edilməsində maraq nədir? Tiflis bununla nə demək istəyir?

Hakimiyyət-müxalifət

Qabil Hüseynli 

Mövzu ilə bağlı politoloq Qabil Hüseynli “Yeni Müsavat”a danışıb: “Müşahidələrdən də görürük ki, rəsmi Gürcüstan son bir ildə İrəvanla yaxınlaşmaq mövqeyinə start verib, bu ölkə ilə strateji əməkdaşlığa başlayıb. Hətta 3 ay bundan əvvəl Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze İrəvana getdi və o da abidəni ziyarət etdi və həmin abidəyə gül-çiçək dəstələri qoydu. Ondan əvvəl isə Gürcüstanın prezidenti Salome Zurabişvili İrəvana gedərkən eyni hərəkətləri etmişdi. Yəni faktiki olaraq Azərbaycanın həyata keçirdiyi böyük iqtisadi layihələrlə dolanan Gürcüstan son zamanlar sözün əsl mənasında həm Türkiyəyə, həm də Azərbaycana qarşı nankor addımlar atmaqdadır. Görünür ki, Azərbaycan  və Türkiyə vaxtında Gürcüstana öz sərt mövqeyini bildirməyib, ona görə də rəsmi Tiflis öz həddini aşmaqdadır.

Məlumata görə, Gürcüstan Avropa Birliyinə gedən yolda Ermənistana hər cür yardım göstərir. Həmçinin Aİ rəhbərliyinə bildiriblər ki, bu bölgədə yalnız Ermənistan Aİ standartlarına uyğun surətdə inkişaf edir, ona görə də quruma üzv olmağa layiqdir. 

Ümumiyyətlə, Gürcüstan dövləti sadiq ölkə deyil. İllər öncə Rusiya Gürcüstana hücum edəndə, ruslar Tiflisə qədər gedib çatmışdılar. Həmin vaxt rəsmi Bakı və digər ölkələr buna etiraz etdi və Rusiya hərəkətlərini dayandırdı. Rusiya Gürcüstanın demək olar ki, bütün infrastrukturlarını darmadağın etmiş, elektrik enerjisini, qazını kəsmişdi. Azərbaycan qısa müddətdə Gürcüstana elektrik enerjisi verdi, qazın verilişini artırdı, həmçinin müxtəlif dərman ləvazimatları göndərdi. Onda prezident Saakaşvili idi. O, bu haqda sonralar öz xatirələrində yazıb. Həmçinin müsahibələrini birində qeyd edib ki, “Azərbaycan olmasaydı, biz bir dövlət kimi sökülərdik”. 

Amma indi Gürcüstanda hansısa idarəçilər peyda olub və onlar həm Türkiyəyə, həm də Azərbaycana qarşı bu cür  iyrənc davranışlar sərgiləyirlər".

Politoloq qeyd edib ki, məsələ ilə bağlı həm Türkiyə, həm də Azərbaycan Gürcüstana sərt xəbərdarlıq bildirməlidir: “Artıq zamanı çatıb, gürcü deputatların bu cür iyrənc hərəkətlərindən sonra mütləq Türkiyə və Azərbaycan Gürcüstan tərəfinə xəbərdarlıq etməlidir. Bildirilməlidir ki, bu cür hərəkətlər Azərbaycan və Türkiyə ilə Gürcüstan əlaqələrinə mənfi təsir göstərir. 

Görünür ki, Gürcüstan Avropaya yaxınlaşdıqdan sonra hesab edir ki, bu cırtdan dövlət bölgənin nəhəng, lider dövlətidir. Lakin qeyd etdiyim kimi, artıq rəsmi Bakı və Ankara, zənnimcə, bu məsələ ilə bağlı öz qəti, sərt etirazını bildirməlidir və hesab edirəm ki, bildirəcək də".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
213
50
musavat.com

10Mənbələr