AZ

Alimlərdən spirtli içki qəbul edən qadınlara xəbərdarlıq: risk daha yüksəkdir

Alimlər müəyyən ediblər ki, həddindən artıq spirtli içki qəbul edən gənc qadınlarda koroner ürək xəstəliyi riski daha yüksəkdir.

Milli.Az medicina.az-a istinadən xəbər verir ki, "News Medical Life Sciences"də yer alan xəbərə görə, tədqiqatçılar ABŞ-ın Kaliforniya ştatındakı bir tibb müəssisəsində müalicə alan, 18-65 yaş arasında olan təxminən 243 mini kişi və 189 mini qadın olmaqla, 430 mindən çox xəstədən toplanmış məlumatları təthlil ediblər.

Tədqiqatçılar 2014 və 2015-ci illərdə rutin qiymətləndirmələrində xəstələrin bildirdikləri spirt qəbulu səviyyələri ilə 2015-ci ildən sonrakı 4 il ərzində qoyulan koroner ürək xəstəliyi diaqnozları arasındakı əlaqəni təhlil ediblər.

Tədqiqatçılar müəyyən ediblər ki, orta yaşı 44 olan və tədqiqat zamanı ürək xəstəliyi olmayan iştirakçılardan 3 108-də bu müddət ərzində koroner ürək xəstəliyi yaranıb. Tədqiqatçılar həftədə səkkiz dəfədən çox spirtli içki qəbul edən gənc qadınların daha az spirtli içki qəbul edənlərlə müqayisədə ürək xəstəliyi riskinin yüksək olduğunu qeyd ediblər.

Araşdırmalar göstərir ki, ən çox xəstələnmə riski "son 3 ayda gündə 3 dəfədən çox spirtli içki qəbul edən qadınlarda və ya gündə 4 dəfədən çox spirtli içki qəbul edən kişilərdə"dir. Həddindən artıq spirtli içki qəbul edən qadınların ürək xəstəliyi tapmaq riski orta dərəcədə spirtli içki qəbul edənlərə nisbətən 68 faiz daha yüksəkdir.

Tədqiqat çərçivəsində yüksək miqdarda spirtli içki qəbul edən qadınların orta miqdarda alkoqol istehlak edən qadınlarla müqayisədə ürək xəstəliyi riskinin 29 faiz, az miqdarda spirtli içki qəbul edənlərlə müqayisədə isə 45 faiz daha çox olduğu müəyyən edilib.

Tədqiqatçılardan biri olan kardioloq Camal Rana həddindən artıq spirtli içki qəbul edən kişi və qadınların ürək xəstəliyi riskinin ən yüksək olduğuna diqqət çəkib.

"Həddindən artıq alkoqol istehlak etmədikdə belə qadınlarda risk daha yüksəkdir. Biz yaşlı qadınlarda riskin artdığını gördüyümüz üçün gənc yaş qrupundakı qadınlardan belə bir nəticə gözləmirdik. Bu, tamamilə təəccüblüdür", - kardioloq bildirib.

Tədqiqatın nəticələri "American College of Cardiology"nin aprelin 6-da keçirəcəyi konfransda təqdim olunacaq.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
141
10
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
4426
“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
3890
Bu yol qovşağında təmir işləri aparılacaq
3387
Bakıda hoteldə yanğın başlayıb
2911
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
2023
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
1844
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
1690
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
1621
Bakıda “Ağ çiçəyim” gül mağazası yanır - VİDEO
1598
Çingiz Mustafayevin toyudur - FOTOLAR
1420
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
1400
Azərbaycan nefti ucuzlaşıb
1341
DİQQƏT: Bakıda güclü yanğına görə “28 May” stansiyası istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - FOTO
1332
Azərbaycanla Ermənistan arasında protokol imzalandı
1329
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
1141
"Ağ çiçəyim” mağazasındakı yanğının yayılmasının qarşısı alınıb
1101
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
1094
Yanğın səbəbindən bu istiqamətdə hərəkətə məhdudiyyət qoyuldu
1091
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
1039
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
946