AZ

Bank soydu, 2 il həbsdə yatdı, çıxandan sonra yenə eyni bankı qarət etdi

ABŞ-da bankı qarət edən şəxs həbsdən çıxıb və yenidən eyni bankı qarət edib.

Qaynarinfo bu barədə "Inside Edition"a istinadən xəbər verir. 

Hadisə Miçiqan ştatında baş verib. Məlumata görə, Con Tipton adlı şəxs bank quldurluğuna görə iki il həbs cəzası çəkib. Həbsdən çıxdıqdan sonra yenidən həmin banka yollanıb və silahlı olduğunu bildirərək kassadakı bütün nağd pulu tələb edib. Pulları alaraq hadisə yerini tərk edib.

Vayominq Polis Departamentinin yaydığı açıqlamaya görə, banka gələn polis kameralar vasitəsilə oğrunu tez bir zamanda tapa bilib. Con Tipton yenidən həbs edilib. Onun yenidən silahlı soyğunçuluq etdiyi sübuta yetirilərsə, ömürlük həbs cəzası ala bilər. İş üzrə məhkəmə iclası yaxın günlərdə keçiriləcək.

Aydın
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
255
19

1Mənbələr

Şərh ()
Bağla