AZ

Bu şalvarlar yayın əsas trendidir

Bakı iqliminin xüsusiyyətlərinə uyğun paltar seçmək asan deyil, dəyişkən hava şəraiti həmişə öz qaydalarını diktə edir. Ağ cins şalvarları nə qədər sevsək də, payız-qış aylarında onları demək olar ki, geyinmirik. Xoşbəxtlik yaz gəlib və inanırıq ki, günəşin şüaları həm qəlbimizi, həm də bədənimizi isidəcək. Odur ki, ağ cinslərə təhlükəsiz keçid edə bilərik.

Publika.az xəbər verir ki, ağ cinslər yaz-yay aylarının trendlərindən biridir.

Əbəs yerə deyil ki, ağ cinslər yaz-yay mövsümünün "rəsmi uniforması" hesab olunur və onları geyinməyə dair konkret qayda yoxdur. Ağ cinslərin üstünlüyü ondadır ki, hər hansı bir paltarla əla görünürlər. Bu şalvarlarla biz ən çox açıq dəstlər yaratmağa çalışırıq, onları ağ olmasa da, boz və ya pastel rəngli ayaqqabı və köynəklərlə tamamlayırıq. Bu yaz siz tam əksini edə bilərsiniz. Kendall Jenner və İrina Şeyk buna ən yaxşı nümunədir. Modellər ağ cins şalvarlarını kobud tünd dəri gödəkçələr və ziddiyyətli qara loafer, ya çəkmələrlə geyinirlər. Obrazlar olduqca sadədir, lakin çox yönlü və gündəlik istifadə üçün kifayət qədər effektivdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
171
2
publika.az

10Mənbələr