AZ

İsrailin Qəzza zolağına hücumları nəticəsində daha bir jurnalist həlak olub

Qəzza hökumətinin Media Ofisindən verilən açıqlamaya görə, İsrailin Qəzzaya hücumlarına başladığı 7 oktyabrdan bu yana öldürülən jurnalistlərin sayı 138-ə yüksəlib.

 

Oxu24.com  xəbər  verir  ki,  Məhəmməd Əbu Sahil adlı fələstinli jurnalist İsrail qüvvələrinin Qəzzada Şifa xəstəxanasına basqını zamanı həyatını itirib.

 

İsrail ordusu bu gün Qəzza zolağının ən böyük sağlamlıq kompleksi olan Şifa xəstəxanası və onun ətrafını tərk etdiyini açıqlayıb.

 

İsrail ordusu 14 gün davam edən hücumlar zamanı Şifa xəstəxanası və ətraflarında 200-dən çox fələstinlini qətlə yetirib, 900-dən çox fələstinlini isə həbs edib.

 

Şahidlərin bildirdiyinə görə, İsrail qüvvələri geri çəkilməzdən əvvəl Şifa xəstəxanasının bütün binalarını yandırıb və tamamilə sıradan çıxarıb, xəstəxananın cərrahiyyə binasının döşəmə və otaqlarını tamamilə dağıdıb, qalanlarını yandırıb, əsas qəbul və təcili yardım binasını yandırıb və bütün tibbi yardımı dağıdıb. 

 

İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 14 min 280-i uşaq, 9 min 340-ı qadın olmaqla 32 min 845 fələstinli həlak olub, 75 min 392 nəfər yaralanıb.

 

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

 

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
214
5
oxu24.com

10Mənbələr