AZ

Türkiyədə bir ailənin 3 üzvü qəzada həyatını itirib - FOTOLAR

Türkiyənin Manisa vilayətinin Salehli rayonunda ağır yol qəzası meydana gəlib.AzVision.az xəbər verir ki, hadisə İzmir-Ankara magistral yolunda qeydə alınıb.

Qəza zamanı minik avtomobili sabun daşıyan iri tonnajlı yük maşınına arxadan çırpılıb.

Nəticədə maşındakı bir ailənin 3 üzvü (ata, ana və qız) ölüb, bir uşaq isə xəsarət alıb.

Hadisə yerinə təcilli yardım, yanğınsöndürən və polis qüvvələri göndərilib.

Faktla bağlı araşdırma aparılır.


Firudin Həmidli
AzVision.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
170
23
azvision.az

10Mənbələr