AZ

Kremldən Ermənistanda “Mir” kartlarına xidmətin dayandırılması ilə bağlı açıqlama

Ermənistanda əksər bankların Rusiyanın “Mir” kartları ilə işləməyi dayandırmaq qərarının verilməsinə ABŞ-nin görünməmiş təzyiqi və sanksiya təhdidləri səbəb olub.

Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov danışıb.

O, bildirib ki, Rusiya və Ermənistan ABŞ-nin bu misli görünməmiş təzyiqinin vurduğu zərəri müzakirə və kompensasiya etməyə davam edəcək.

Qeyd edək ki, martın 19-da “Mir” ödəniş sisteminin operatoru olan Milli Ödəniş Kartı Sistemi martın 30-dan etibarən ArCa (“Armenian Card”) üzvü olan bankların “Mir” kartlarına xidmət göstərməyi dayandıracağı barədə Ermənistan ödəniş sistemindən rəsmi bildiriş alıb.

Mənbə: Gazeta.ru

Seçilən
128
1
Mənbələr
Şərh ()
Bağla