Bu günə olan məlumata görə, Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 11 milyard 654,4 milyon ABŞ dolları təşkil edib.Metbuat.az xəbər verir ki, bu barədə qurumun saytında məlumat verilib.Məlumata görə, bu, martın 1-i ilə müqayisədə cüzi çoxdur.
AMB-nin valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 3,6 %, son 1 ildə isə 27,6 % artıb.