AZ

Ermənistana ABŞ-dan hərbi təlimatçılar gəlib

Ermənistan və ABŞ arasında müdafiə sahəsində əməkdaşlıq çərçivəsində aprelin 1-də ABŞ-dan bir qrup amerikalı təlimatçı Ermənistana səfər edib.

“İki sahil” “Kommersant”a istinadla xəbər verir ki, bu barədə Respublika Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimatçılar aprelin 1-dən 5-dək Ermənistanda olacaqlar. Onlar ictimaiyyətlə əlaqələr və kommunikasiyalar sahəsində təcrübə mübadiləsi aparmaq üçün təlimlər keçirəcəklər.

Aprelin 5-də Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen və ABŞ dövlət katibi Antoni Blinken İrəvanın Avro-Atlantik məkana inteqrasiya şərtlərini razılaşdırmaq üçün Brüsseldə görüşəcəklər.

Seçilən
164
21
Mənbələr
Şərh ()
Bağla