AZ

Xırdalanda sahibsiz küçə itləri təhlükə saçır - FOTOLAR

Sahibsiz küçə itləri Xırdalan sakinlərinin kabusuna çevrilib.

Bakupost.az -ın əməkdaşı məsələylə bağlı ərazidə olub və sakinlərlə söhbət edib.

Onlar bildiriblər ki, şəhərdə küçə itlərinin sayı xeyli artıb. Şəhərin mərkəzi küçələrində, parklarda sürü halında gəzən itlərə rast gəlmək olur. Onlar yaşayış binalarının ətrafında da çoxdur, hətta insanlara hücum da edirlər.

Sakinlər özlərindən çox azyaşlı övladlarının sahibsiz küçə itlərinin hücumuna məruz qalması qorxusuyla yaşadıqlarını bildiriblər. Adı çəkilən məsələnin dəfələrlə mətbuatda ictimailəşdirilməsinə baxmayaraq, aidiyyatı qurumlar tədbir görməkdə maraqlı deyillər.

Ərazidən fotoları təqdim edirik:




Vasif
BakuPost
Seçilən
167
16
Mənbələr
Şərh ()
Bağla