AZ

Rusiyada çayxana partladıldı - VİDEO

Rusiyanın Voronej şəhərində, Lenin küçəsində yerləşən  "Şərq çayxana" adlı kafedə partlayış olub. 

Bizim.Media xəbər verir ki, bu barədə görüntüləri SHOT Telegram kanalı yayıb.

Mənbə yazır ki, təcili xidmətlər hadisə yerinə gəlib. Əldə edilən informasiyaya görə, ötən gecə gecə saat üç radələrində naməlum şəxs şüşəni sındıraraq içəriyə nəsə atıb, bundan sonra partlayış baş verib.
Səhər saat səkkizdə isə kafenin sahibi dağıntıları görüb və polisə müraciət edib. 

Hadisə zamanı heç kim xəsarət almayıb.
 


Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
102
25
bizim.media

10Mənbələr

Şərh ()
Bağla