AZ

Sosial yardımın şərtlərinə yenidən baxılmalıdır -

"Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yekunların əsasən 64 min ailənin 272 min 300 üzvü ünvanlı sosial yardım alıb. Statistik təhlil göstərir ki, ötən il ünvanlı sosial yardım alanların sayı əvvəlki il ilə müqayisədə 18 min 500 nəfər azalıb. Bu eyni zamanda, 2023-cü ildə yardım alan ailələrin sayında da azalmanın olması deməkdir. Ötən il bu sosial yardımı alan ailələrin sayı əvvəlki il ilə müqayisədə 1500 daha az olub".Metbuat.az xəbər verir ki, bu sözləri deputat Vüqar Bayramov deyib. O bildirib ki, bütün bunlar ilə yanaşı, 2023-cü ilin yekunlarında bir nəfərə düşən orta aylıq məbləğ 88,09 manatdan 114,3 manatadək yüksəlib:"Bu daha çox ötən il ehtiyac meyarı həddinin 2022-ci illə müqayisədə 23 faiz artırılaraq 246 manat müəyyənləşdirilməsi ilə bağlı olub.Ünvanlı sosial yardım alanların sayındakı azalma bu istiqamətdə şərtlərə yenidən baxılmasını daha da aktuallaşdırır. Məsələn, ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda o yardıma müraciət etmək hüququna malik olmur. Halbuki, daha məqsədəuyğun olardı ki, bu tələb istehsal ili çox köhnə olan avtomobillərə şamil edilməsin. Aydındır ki, buraxılış ili çox köhnə olan avtomobil nə dəyər baxımdan, nə də ailənin gəlir mənbəyi baxımdan xüsusi paya malik ola bilmir.Bütövlükdə, son statistika ünvanlı sosial yardım proqramı ilə bağlı mövcud fiskal imkanlar çərçivəsində təkmilləşdirilmələrin aparılmasını daha da prioritetləşdirir".

Seyranə Quliyeva / Metbuat.az

Seçilən
141
11
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
3442
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
3396
Bu yol qovşağında təmir işləri aparılacaq
2902
Bakıda hoteldə yanğın başlayıb
2473
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
1478
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
1473
Bakıda “Ağ çiçəyim” gül mağazası yanır - VİDEO
1467
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
1321
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
1132
Çingiz Mustafayevin toyudur - FOTOLAR
1127
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
1018
DİQQƏT: Bakıda güclü yanğına görə “28 May” stansiyası istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - FOTO
963
Azərbaycanla Ermənistan arasında protokol imzalandı
918
"Ağ çiçəyim” mağazasındakı yanğının yayılmasının qarşısı alınıb
838
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
816
Yanğın səbəbindən bu istiqamətdə hərəkətə məhdudiyyət qoyuldu
804
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
796
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
789
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
767
Sabah 5 kəndin qazı kəsiləcək
736