AZ

Gəncədə qeysəriyyə əməliyyatı olunan qadın xəstəxanada öldü

Gəncə şəhərində qeysəriyyə əməliyyatı olan gənc qadın bir neçə gün sonra xəstəxanada ölüb.

Tərtər rayon sakini, 1993-cü il təvəllüdlü Günel Həsənzadə bir neçə gün öncə Gəncə şəhərində yerləşən xəstəxanalardan birində qeysəriyyə əməliyyatı olub.

Vəziyyəti ağır olan qadın bu gün müalicə aldığı xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.//Report.az


Müəllif: Teleqraf.com
Seçilən
201
23
Mənbələr
Şərh ()
Bağla