AZ

“Meqa Sığorta” ötən ili mənfəətlə başa vurub - ŞİRKƏT BİR QƏDƏR DƏ BÖYÜYÜB - HESABAT

“Meqa Sığorta” 2023-cü il üzrə maliyyə hesabatını açıqlayıb.

FED.az şirkətin hesabatına istinadən xəbər verir ki, sığorta şirkəti ötən ili 2 milyon 515 min manat xalis mənfəətlə yekunlaşdırıb. 2022-ci ildə isə 3 milyon 777 min manat xalis mənfəət əldə etmişdi.

Bu dövrdə sığorta şirkəti təqribən 623 min manata yaxın mənfəət vergisi ödəyib.

Hesabat dövründə “Meqa Sığorta”nın əsas əməliyyat gəlirləri 34 milyon 558 min manat, birbaşa sığorta üzrə sığorta haqları 33 milyon 778 min manat, təkrarsığorta üzrə təkrarsığorta haqları 77 min manat, sığorta ödənişlərində təkrarsığortaçıların payı üzrə gəlirlər 525 min manat, təkrarsığortaya verilmiş müqavilələr üzrə komissyon muzdlar üzrə gəlirlər 177 min manat, investisiya gəlirləri 1 milyon 936 min manat, subroqasiya gəlirləri 255 min manat, sair gəlirlər 607 min manat, cəmi gəlirləri isə 29 milyon 48 min manat olub.

Əvvəlki illə müqayisədə əsas əməliyyat gəlirləri 13 milyon 118 min manat (61%), birbaşa sığorta üzrə sığorta haqları 12 milyon 663 min manat (60%), təkrarsığorta üzrə təkrarsığorta haqları 64 min manat (5,7 dəfə), sığorta ödənişlərində təkrarsığortaçıların payı üzrə gəlirlər 525 min manat (3,1 dəfə), təkrarsığortaya verilmiş müqavilələr üzrə komissyon muzdlar üzrə gəlirlər 36 min manat (26%)  investisiya gəlirləri 523 min manat (37%), subroqasiya gəlirləri 64 min manat (34%), sair gəlirlər 468 min manat (4,4 dəfə), cəmi gəlirləri isə 5 milyon 547 min manat (24%) artıb.

Bu dövrdə əsas əməliyyat xərcləri 16 milyon 256 min manat, sığorta ödənişləri və sığorta məbləğləri üzrə xərclər 8 milyon 969 min manat, qaytarılan sığorta haqları üzrə xərclər 246 min manat, tənzimləmə xərcləri 36 min manat, təkrarsığortaya verilmiş sığorta haqları üzrə xərclər 6 milyon 650 min manat, qarşısıalınma tədbirləri fonduna ayırmalar üzrə xərclər 354 min manat, işlərin aparılması xərcləri 9 milyon 649 min manat, sair xərclər 5 min manat, cəmi xərcləri isə 25 milyon  910 min manat təşkil edib.

İllik müqayisədə əsas əməliyyat xərcləri 4 milyon 632 min manat (40%), sığorta ödənişləri və sığorta məbləğləri üzrə xərclər 2 milyon 216 min manat (33%), təkrarsığortaya verilmiş sığorta haqları üzrə xərclər 2 milyon 330 min manat (54%), qarşısıalınma tədbirləri fonduna ayırmalar üzrə xərclər 270 min manat (4,4 dəfə), işlərin aparılması xərcləri 2 milyon 492 min manat (35%), sair xərclər 5 min manat, cəmi xərcləri isə 7 milyon  121 min manat (38%) artıb.

Sığorta şirkətinin maliyyə mənfəəti 3 milyon 138 min manat təşkil edib.

 

“Meqa Sığorta” 2023-cü ildə 51 milyon 713 min manat aktivlərə malik olub. Aktivlər son bir il ərzində 8 milyon 200 min manat və ya 19% artıb.

Öhdəliklər 9 milyon 234 min manat və ya 70% artaraq 22 milyon 354 min manata yüksəlib.

Bu dövrdə balans kapitalı 29 milyon 359 min manat təşkil edib.

Bölüşdürülməmiş mənfəətin həcmi də 229 min manat və ya 6% artaraq 3 milyon 844 min manata yüksəlib.

Ödənilmiş nominal (nizamnamə) kapitalı dəyişməyərək 23 milyon manat olaraq qalıb.

Seçilən
54
2
Mənbələr
Şərh ()
Bağla