AZ

Ermənistan NATO-ya üzv olacaq?

"İrəvan indiki mərhələdə Şimali Atlantika Alyansına qoşulmağa tələsmir".

Publika.az xəbər verir ki, bunu "Todo Noticias" telekanalına müsahibəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

Diplomat xatırladıb ki, ölkə hazırda NATO ilə fəal əməkdaşlıq edir, o cümlədən Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak edir və Kosovoda mövcudluğunu genişləndirir.

"Əgər söhbət NATO-ya daxil olmaq niyyətindən gedirsə, yox. Bu gün bu məsələ Ermənistanın gündəmində deyil", - Mirzoyan bildirib.

Seçilən
164
3
Mənbələr
Şərh ()
Bağla