AZ

“El Pais” qəzeti: “Alman möcüzəsi” erası başa çatmaq üzrədir

“El

Berlin, 1 aprel, AZƏRTAC

Almaniya iqtisadiyyatı Ukraynadakı müharibənin fonunda uçurumun astanasına yaxınlaşıb, lakin mövcud problemlər bundan çox əvvəl yaranmağa başlayıb.

AZƏRTAC xəbər verir ki, bu fikir “El Pais” qəzetində dərc olunan məqalədə öz əksini tapıb.

Qəzetin yazdığına görə, “Made in Germany” adlanan böyük dövr başa çatır - ölkədə sənaye istehsalı 2015-ci ildən bəri ümumilikdə 8 faiz azalıb. Nəşr qeyd edir ki, Ukraynadakı münaqişə Almaniyanın enerji sənayesinə də xeyli ziyan vurub.

Məqalə müəllifinin fikrincə, iqtisadi tənəzzül özü ilə bir sıra fəsadlar gətirib, bu özünü xüsusilə siyasətdə büruzə verib ki, bu da ölkədə 2025-ci ilə planlaşdırılan seçkilər zamanı vəziyyətə əsaslı təsir göstərə bilər. Almaniyadakı böhran, ölkənin qonşularının Almaniya tədarük zəncirlərinə güclü inteqrasiya olunduğunu nəzərə alsaq, hər zaman Avropada böhranın yaranması deməkdir.

Almaniya iqtisadiyyatı ciddi böhran keçirir. Ölkənin ÜDM-i 2023-cü ildə əvvəlki ilə nisbətən 0,3 faiz azalıb. Almaniya Federal Statistika İdarəsinin ekspertləri 2023-cü ilin nəticələrinə görə istehlak qiymətlərinin artması səbəbindən əhalinin alıcılıq qabiliyyətinin azaldığını qeyd ediblər. Yerli medianın məlumatına görə, artıq çox sayda alman öz vəsaitlərinə qənaət etmək məcburiyyətindədir.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Seçilən
208
3
Mənbələr
Şərh ()
Bağla