AZ

Gəncədə qəza - Xəsarət alanlar var

Gəncə şəhərində üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Teleqraf.com xəbər verir ki, şəhər ərazisində iki avtomobilin toqquşması nəticəsində 1988-ci il təvəllüdlü A.Məmmədov, 1998-ci il təvəllüdlü A.Əliyev və 1995-ci il təvəllüdlü V.Vəlixanova xəsarət alıb.

Zərərçəkənlər xəstəxanaya çatdırılıblar, vəziyyətləri kafi qiymətləndirilir.

Qeyd edək ki, nəqliyyat vasitələrindən biri taksi olub.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
260
11
teleqraf.com

10Mənbələr