AZ

Valideynlər qızlarına dişlərinə baxıb ər alırlar: Qeyri-adi bazar

Hindistanın Madxubani şəhərində qeyri adi bazar 700 ildir ki fəaliyyət göstərir. Bazarın ilk təçkilatçısı Raca Xari Sinqx olub.

BiG.AZ baku-tv-yə istinadən xəbər verir ki, bu bazarda meyvə tərəvəz, cürbəcür qidalar yox, kişi satılır. Daha doğrusu, qızlar öz valideynləri ilə bura gəlib özlərinə ər alırlar. Bu bizim üçün qeyri-adi və imkansız görünsə də, hindlilər bura öz yarlarını axtarmağa gəlirlər. Hindistanın bütün ştatlarından bazara gəlin namizədlər öz valideynləri ilə gəlirlər. Bazardakı qiymətlər bahadır və ildə doqquz gün işləyir.

Yəni əgər kimsə özünə bu bazardan ər tapmaq istəyirsə, həmin doqquz gün ərzində özünü çatdırmalıdır.

Kişilər özlərini təqdim etmək məqsədilə bura axışırlar. Xüsusi səliqə ilə geyinib keçinirlər, özlərinə bəzək düzək verirlər. Özlərinə qiyməti də elə özləri qoyurlar. Ailələr adətən bütün bazarı gəzib hər kəsi gözdən keçirdikdən sonra seçimlərini edirlər. Daha sonra alver başlayır. Onu da deyim ki, burada gəlinin sözü keçmir. Söz sahibi yalnız valideynlərdir.

Alış-verişdə adətən kişiyə ya pul təklif olunur, ya da kişinin ailə quracağı qadınla birlikdə ona veriləcək əmlak. Adətən bu zaman kişiyə 3 sual verilir. Hansı kastadan olması soruşulur, hansı təhsili var və dişlərinin vəziyyəti necədir... Bazarda sadə kasıb əhaliyə, həkimlərə, dövlət qulluqçularına, müəllimlərə və mühəndislərə rast gəlmək olar. Ailələr təhsil haqqında attestat və digər sənədləri tələb edirlər.

Maraqlı məqamlardan biri də odur ki, kişilər hesab edirlər ki, təhsilə xərclədikləri pul çoxdursa, qadından daha çox pul tələb edə bilərlər. Hindlilər hesab edirlər ki, boşanmaların sayı ona görə çoxdur ki, gənclər özləri tanış olurlar, ya da biri-birilərini sosial şəbəkələrdə tapırlar. Buna görə də, valideynlər önə düşüb öz qızlarına bu bazarda ər axtarırlar.

Bu bazarı şəhər meydanında təşkil edirlər. Ər namizədlər yüzlərlə kilometr qət edib ildə doqquz gün təşkil olunan bu bazarda özlərinə ailə axtarmağa gəlirlər. Çox zaman da bu səyahət nəticəsiz qalmır. Bazarın təşkilatçıları onillərdir burada öz xoşbəxtliyini tapan insanların siyahısını aparırlar.


BiG.Az
Seçilən
160
7
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
26173
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
17244
Cavid Gülün həyat yoldaşı gözəlliyi ilə heyran etdi - FOTO
16874
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
15768
Bakıda hoteldə ölən dostlarla bağlı DETALLAR: Viskini içdikdən sonra... - FOTO
13951
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Saat 12-dən başlayaraq...
11402
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
11218
İbrahim Tatlıses Azərbaycanda çəkilən görüntülərinə görə əsəbiləşdi - VİDEO
10681
Sumqayıtda ana və 2 azyaşlı övladı 11 gündür itkin düşüb – FOTO
10012
Aytən Səfərova qəzadan sonra ilk dəfə danışdı - VİDEO
9351
Bakıda anasını dostuna qısqandı, dəhşət saçdı - TƏFƏRRÜAT
7184
Səidə Sultan klipi üçün lüt soyundu
7117
Namiq Qaraçuxurlu başına gələn QƏZADAN DANIŞDI — VİDEO
6135
Elcan Rəsulov xəstəxanalıq oldu - FOTO
5924
Bölgələrə güclü yağış yağıb, çaylardan sel keçib - FAKTİKİ HAVA
5663
Anası ilə dostunun sevgi münasibətlərinin olmasından şübhələnib dəhşət saçdı - VİDEO
5469
Talıb Tale evlənir
5179
Evinə əxlaqsız qadınlar gətirən idmançının qətli ilə bağlı yenilik: Arvadının anlaqsız olması...
5038
Avtomobil sahiblərini məyus edəcək xəbər: Bu maşınlar qadağan ediləcək
4546
Azərbaycanın məşhur iş adamına ağır itki - FOTO
4270