AZ

Türkiyə MSK-nın sədri: "Bələdiyyə seçkilərində səsvermə sakit keçib"

\"Türkiyədə bələdiyyə seçkilərində səsvermə sakit keçib.

Bu barədə Türkiyə Yüksək Seçim Kurulunun sədri Ahmet Yener yerli telekanalların efirində jurnalistlərə bildirib.

\"Səsvermə başa çatıb. Ayrı-ayrı hadisələr istisna olmaqla, sakit atmosferdə keçib. Bu hadisələrdə yaralananların tezliklə sağalmasını arzulayıram.

Qutuların açılması və səslərin sayılması prosesinə başlanılıb. Komissiya, hesablama məlumatlarının açıqlanmasına qoyulan qadağanın ləğv edilib-edilməməsi barədə qərar qəbul etmək üçün daha sonra toplanacaq\"-deyə, o bildirib.

Seçilən
193
9
Mənbələr
Şərh ()
Bağla