AZ

Mərkəzi Gömrük Hospitalının həkimi Qazaxıstanda beynəlxalq konfransda çıxış edib

Mərkəzi Gömrük Hospitalının Mama-ginekologiya şöbəsinin mama-ginekoloqu, t.ü.f.d. Sədi Allahverdiyev Qazaxıstanın Almatı şəhərində keçirilən “Sərhədsiz ginekologiya. Təxirəsalınmaz ginekologiya. Gözləntilər və reallıqlar” adlı VIII beynəlxalq elmi-praktiki konfransda məruzə ilə çıxış edib.

 

Bu məlumat Aztibb.az-a Mərkəzi Gömrük Hospitalından verilib.

 

Konfransın ilk iki günü şəhərin aparıcı özəl klinikalarından birində canlı laparoskopik və uşaqlıq daxili histeroskopik cərrahiyyə və maraqlı müzakirələrlə yadda qalıb. Konfransın 3-cü - əsas günündə ginekoloji praktikada sıx rast gəlinən təcili və təxirəsalınmaz hallara həsr olunmuş mühazirələr dinlənilib.

 

Sədi Allahverdiyev “Uşaqlıq boynu hamiləliyi” mövzusunda təqdimatla çıxış edib, uşaqlıq boynu hamiləliyin baş vermə səbəblərindən, əlamətlərindən, diaqnostikasından danışıb, Gömrük Hospitalında bu ciddi və həyat üçün qanama təhlükəsi yaradan patologiyanın müalicəsində istifadə edilən texnikadan bəhs edib.

 

Həkim qeyd edib ki, uşaqlıq boynu hamiləliyinin profilaktik tədbirlərinə ginekoloji xəstəliklərin rasional müalicəsi, abortlardan imtina, uşaqlıq daxili müdaxilələrdən sonra tam reabilitasiyanın aparılması vacibdir. Vaxtında görülən bu tədbirlər həyat üçün təhlükəli ağırlaşmaların qarşısını almağa imkan verir.

 

Məruzə konfrans iştirakçıları tərəfindən maraqla dinlənilib.

Seçilən
41
2
Mənbələr
Şərh ()
Bağla