AZ

"Meyxanaçılar uşaqlarımızın dinini, imanını, tərbiyəsini pozur" - Elza

Əməkdar artist Elza Seyidcahan meyxanaçıları tənqid edib.

Qlobal.net xəbər verir ki, müğənni bu haqda yutubda yayımlanan "Şəbnəmlə iç üzü" layihəsində danışıb. 

O bildirib ki, meyxanaçılar qeyri-etik ifadələrdən istifadə edirlər: "Bəzi meyxanaçılar bizim uşaqlarımızın dinlərini, imanlarını, tərbiyələrini pozurlar. Onlar söz tapmayanda, küçə sözlərinə əl atırlar. Ana-bacılarını ortalığa qoyurlar. Vacib deyil ki, söz tapmırsansa, sus. Küçə sözlərini, pis vərdişlərlə bağlı sözləri uşaqlara aşılayırlar. Heç hərflərimizi, sözlərimizi də düzgün tələffüz etmirlər". (axsam.az)

Seçilən
38
1
Mənbələr
Şərh ()
Bağla