AZ

Ermənistan sərhədə qoşun yeridir - Yaxın günlərdə müharibə olacaq?

Ermənistanın sərhədə canlı qüvvə və hərbi texnika cəmlədiyinə dair informasiyalar yayılıb. Erməni ordusunun hansı məqsədlə kazarmadan çıxdığı məlum olmasa da, hərəkətə keçdiyi dəqiqdir. Çünki 1 aprel-28 iyun tarixlərində Ermənistanda ehtiyatda olanların hərbi təlimlərə çağırılıb. Hesab etmək olar ki, canlı qüvvə və hərbi texnikanın hərəkətliliyi bu təlimlərlə bağlıdır.

Lakin təlimlərdə müəyyən detallar xüsusilə diqqət çəkir.

Birincisi, təlimə çağırılan hərbçilərin sayı 5 minə yaxındır və xüsusi üstünlük zabit heyətinə verilib (4799 nəfər: 4353 nəfər sıravi və kiçik rütbəli zabit, 144 nəfəri böyük rütbəli zabitdir, 302 nəfəri isə motoatıcı və rabitə korpusunun, o cümlədən, kəşfiyyat, mühəndislik və raket artilleriya ixtisasları olan zabitlərdir): mövcud vəziyyətdə 5 minə yaxın hərbçinin təlimə cəlb edilməsi şübhələrə yol açır;

İkincisi, təlimə cəlb edilən hərbçilərin Azərbaycana qarşı təxribatlara cəlb edildiyi təcrübəsi var: ötən ilin sentyabrında sərhəddə törədilən erməni təxribatından sonra ordumuzun cavab addımları nəticəsində məhv edilən hərbçilər arasında 25 günlük təlimə çağırılanların olması (misal üçün, 40 yaşlı Andranik Antonyan) bunu təsdiq edir; bu kontekstdə Ermənistanın təlim adı altında orduya 5 minə yaxın hərbçi cəlb etməsinin mümkün təxribata hazırlıq məqsədi daşıdığı istisna edilməməlidir;

Ermənistanın Azərbaycanla döyüşmək gücünün olmadığı bəllidir, lakin mövcud situasiyada sərhəddə təxribatlara əl ata biləcəkləri gözlənilən ssenarilərdəndir.

Belə bir təxribatla sərhəddə gərginlik yaradacaq Ermənistan hakimiyyəti bundan 4 kəndin qaytarılmasını əsaslandırmaq üçün istifadə edə bilər. Paşinyan Tavuş səfərində "kəndləri qaytarmasaq, müharibə olacaq” demişdi və bunu daxili ictimai rəydə ispatlamaq üçün kiçikhəcmli hərbi macəraya gedə bilərlər. Lakin bu, baş verən proseslərdə kiçik elementlərdən biridir. Əsas hədəfin Qərbin Ermənistanın təhlükəsizliyinə cəlb edilməsi olduğu istisna deyil.

Aprelin 5-də Brüsseldə keçiriləcək Ermənistan-Avropa İttifaqı-ABŞ formatındakı görüşün Qərb qüvvələrinin Cənubi Qafqaza girişi üçün qapıların geniş açılması məqsədi daşıdığı məlumdur. Bu görüş ərəfəsində, yaxud görüşdən sonra Azərbaycanla sərhəddə baş verə biləcək eskalasiya Qərb qüvvələrinin Ermənistanın "təhlükəsizliyinə” cəlb edilməsi üçün əsaslı arqument ola bilər. Eyni zamanda, belə bir eskalasiya Rusiyanın Ermənistandakı mövqelərinin "vurulması” ssenarisində də lazımlıdır.

Bu baxımdan, Ermənistanda ehtiyatda olan 5 min hərbçinin cəlb edildiyi hərbi təlimlər və Cənubi Qafqazda gözlənilən planlar fonunda Azərbaycanla sərhədə canlı qüvvə-hərbi texnikanın cəlb edilməsi xəbərləri mümkün təxribat hazırlığına dair gözləntiləri ön plana çıxarır.

Asif Nərimanlı

Seçilən
152
11
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
25997
Cavid Gülün həyat yoldaşı gözəlliyi ilə heyran etdi - FOTO
16814
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
16795
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
14332
Bakıda hoteldə ölən dostlarla bağlı DETALLAR: Viskini içdikdən sonra... - FOTO
13943
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Saat 12-dən başlayaraq...
11359
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
11002
İbrahim Tatlıses Azərbaycanda çəkilən görüntülərinə görə əsəbiləşdi - VİDEO
10624
Sumqayıtda ana və 2 azyaşlı övladı 11 gündür itkin düşüb – FOTO
9999
Aytən Səfərova qəzadan sonra ilk dəfə danışdı - VİDEO
9316
Bakıda anasını dostuna qısqandı, dəhşət saçdı - TƏFƏRRÜAT
7150
Səidə Sultan klipi üçün lüt soyundu
7080
Namiq Qaraçuxurlu başına gələn QƏZADAN DANIŞDI — VİDEO
6133
Elcan Rəsulov xəstəxanalıq oldu - FOTO
5906
Bölgələrə güclü yağış yağıb, çaylardan sel keçib - FAKTİKİ HAVA
5546
Anası ilə dostunun sevgi münasibətlərinin olmasından şübhələnib dəhşət saçdı - VİDEO
5469
Talıb Tale evlənir
5153
Evinə əxlaqsız qadınlar gətirən idmançının qətli ilə bağlı yenilik: Arvadının anlaqsız olması...
4894
Avtomobil sahiblərini məyus edəcək xəbər: Bu maşınlar qadağan ediləcək
4539
Azərbaycanın məşhur iş adamına ağır itki - FOTO
4178