AZ

Qurban Qurbanov "Neftçi"də: "Qarabağ"ı necə məyus etdi? - VİDEO

Sosial şəbəkələrdə Qurban Qurbanovun aid kadrlar yayılıb.

Bu, illər əvvələ videodur. Hansı ki, hələ futbol oynayırdı, «Neftçi»nin formasını geyinirdi.

Hücumçu olaraq «ağ-qaralar»ın şərəfini qoruduğu zamandır.

Düz 20 il öncə! Qurbanovun «Neftçi»si Tofiq Bəhramov adına Respublika stadionunda «Qarabağ»la qarşılaşır və 3:1 hesablı qələbə qazanır.

Üç qoldan birini də Qurban vurur.

O, Ağdam klubunun qapısına yol tapandan sonra nəyi var sevinir və künc bayrağı tərəfə üz tutur, yoldaşları da arxasınca. Görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən böyük maraqla qarşılanıb və tirajlanıb.

Doğrudan da, çox qəribədir: «Neftçi»nin heyətində vaxtilə qol vurduğu «Qarabağ»la indii o, müasir Azərbaycan futbolunun ən yeni tarixini yazır.

«Neftçi» isə həmin günlərin həsrətini çəkir. Həm Qurban kimi hücumçu, həm də Qurbanov kimi hücumçu axtarır…

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Seçilən
192
37
Mənbələr
Şərh ()
Bağla