AZ

73 milyon amerikalının məlumatları SIZDIRILDI

Böyük məlumat sızması nəticəsində Amerikanın məlumat operatoru AT&T-nin 73 milyon abunəçisinin şəxsi məlumatları "darknet"də yerləşdirilib.

Musavat.com xəbər verir ki, bu barədə şirkətin mətbuat xidmətindən məlumat verilib.

Operatorun nümayəndələri aydınlaşdırıblar ki, hakerlər 7,6 milyon cari abunəçi və 65,4 milyon keçmiş müştəri haqqında məlumatı özündə əks etdirən bazaya giriş əldə ediblər.

Qeyd olunub ki, şəxsi məlumatlara ABŞ-da banklardan və həkimlərdən xidmət almaq üçün istifadə edilən sosial təminat nömrələri də daxildir.

Belə ki, cinayətkarlar bu nömrələrdən şəxsiyyət oğurluğu törətmək üçün istifadə edə bilərlər.

AT&T sızmanın onların sistemlərindən qaynaqlandığını və ya diler şəbəkəsinə daxil olduğunu araşdırır.

Musavat.com

Seçilən
159
50
Mənbələr
Şərh ()
Bağla