AZ

“Nyukasl”da dördüncü qapıçı olmaqdansa, “Qarabağ”da çıxış etmək daha yaxşıdır”

“Azərbaycanda və avrokuboklarda oynayırsansa, təbii ki, “Nyukasl”da üçüncü və ya dördüncü qapıçı olmaqdansa, “Qarabağ”da əsas heyətdə çıxış etmək daha yaxşıdır”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın qapıçısı Andrey Lunyov Rusiya mətbuatına açıqlaması zamanı deyib. 32 yaşlı qolkiper daha sonra belə davam edib:

“Demək olar ki, 33 yaşım var. Ona görə də hələ də futbol oynamaq istəyirəm. Bəlkə 36 yaşında İngiltərədə çıxış etmək olar. Onda ehtiyat oyunçular arasında oturub matça baxa bilərsən”.

Qeyd edək ki, “Qarabağ” Andrey Lunyovu 2023-cü ilin avqust ayında “Bayer”dən transfer edib.

Seçilən
199
7
Mənbələr
Şərh ()
Bağla